ABŞ 849 miqrant üçün 81 milyon dollar xərcləyib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kubadakı Quantanamo hərbi bazasında miqrantların yerləşdirilməsi və saxlanılması əməliyyatına 81 milyon dollardan çox vəsait ayırıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə Pentaqonun Baş Müfəttişinin hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, 2025-ci ildə başladılan “Southern Guard” əməliyyatına ümumilikdə 81,5 milyon dollardan çox vəsait ayrılıb. Halbuki əməliyyatın başlanmasından bəri Quantanamoda cəmi 849 miqrant saxlanılıb.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yanvarında Quantanamoda 30 minədək miqrantın saxlanılması üçün müvafiq infrastrukturun hazırlanması barədə göstəriş vermişdi.
Lakin faktiki olaraq mərkəzdən istifadə edən miqrantların sayı ilkin planlaşdırılan tutumdan xeyli az olub.
Hesabatda bildirilir ki, 2026-cı ilin iyul-sentyabr aylarında miqrantların bazada qalma müddəti orta hesabla yeddi gün təşkil edib.
Saxlanılma müddətinin uzanmasına bəzi ölkələrin öz vətəndaşlarını geri qəbul etmək istəməməsi və deportasiya uçuşlarının təşkilində yaranan çətinliklər təsir göstərib.
14:24 28.11.2026
Oxunuş sayı: 39