Azərbaycan lak-boya məmulatları istehsalını 30%-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 45 min 157,7 ton lak-boya məmulatları istehsal edilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz çoxdur. Noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 369,9 ton hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 43 min 479 ton lak-boya məmulatları istehsal edilib. Bu da 2024-cü illə müqayisədə 0,4 faiz çoxdur.
14:57 28.11.2026
Oxunuş sayı: 43