ŞAD XƏBƏR: 700 min nəfərin maaşı artırılacaq
Azərbaycanda minimum əməkhaqqının məbləğinə hər il ən azı bir dəfə baxılması qanunvericilikdə təsbit olunub. 2026-cı ilin fevralında Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklər minimum əməkhaqqının mütəmadi nəzərdən keçirilməsini nəzərdə tutur.
Bu fikirləri Crossmedia.az-a müsahibəsində Milli Məclisin
deputatı Vüqar Bayramov deyib.
Sosial təminat tədbirləri çərçivəsində minimum və orta əməkhaqqının,
eləcə də pensiyaların artırılması məsələsi iqtisadi vəziyyət, ölkənin fiskal
imkanları və maliyyə resursları nəzərə alınmaqla qiymətləndirilir. Minimum əməkhaqqının
artırılmasının davamlılığı xüsusi əhəmiyyət daşıyır. Mövcud qaydalara əsasən,
minimum əməkhaqqı artırıldıqdan sonra Nazirlər Kabineti bir ay ərzində dövlət
qulluqçusu olmayan, dövlət idarələrində inzibati və yardımçı vəzifələrdə
çalışan şəxslərin vəzifə maaşlarına da müvafiq dəyişikliklər edir.
Bildirilib ki, minimum əməkhaqqındakı artımlar təkcə aşağı
maaş alan işçilərə deyil, vahid tarif cədvəli əsasında əməkhaqqı alan digər vətəndaşlara
da təsir göstərir. Bu dəyişikliklərin ümumilikdə təxminən 700 min vətəndaşı əhatə
etdiyi qeyd olunub.
17:41 24.10.2026
Oxunuş sayı: 68