Dekabrda izləniləcək seriallar açıqlanıb
2026-cı ilin dekabrında “Harri Potter”in yeni ekran işi, “Emili Parisdə” serialının finalı və digər maraqlı layihələr təqdim olunacaq.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə məlumat yayıb.
HBO Max “Harri Potter” franşizasının yeni televiziya versiyasını, Netflix isə “Emili Parisdə” serialının final bölümlərini yayımlayacaq.
Hulu “Bir binada qətllər” serialının London mövsümünü, Paramount+ isə “Talsa kralı”nın spin-off layihəsini təqdim edəcək.
Bundan əlavə, Netflix-də “Qürur və qərəz” romanının yeni ekranlaşdırılması, Apple TV+-da isə “Pis meymun” serialının ikinci mövsümü yayıma başlayacaq.
16:55 28.11.2026
Oxunuş sayı: 41