İrəvanda avtomobil partladı: yaralı var
İrəvanda hərəkətdə olan "Range Rover" markalı avtomobildə baş verən partlayış nəticəsində yanğın başlayıb, bir nəfər xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, "Shamshyan.com" hadisə barədə məlumat yayıb.
Hadisə noyabrın 28-də saat 10:30 radələrində Arzumanyan küçəsi 3/3 ünvanında baş verib. Yanğınsöndürənlər hadisə yerinə çatana qədər sakinlər alovun yayılmasının qarşısını almağa çalışıblar. Daha sonra yanğın söndürülüb, lakin avtomobil tamamilə yanıb.
Hadisə nəticəsində yaxınlıqda park edilmiş "Kia" və "Nissan" markalı avtomobillərə də istilik zərəri dəyib. Xəstəxanaya yerləşdirilən şəxsin 42 yaşlı Mqer Manukyan olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb. Hadisənin səbəbləri və avtomobillərin sahibləri müəyyənləşdirilir.
15:59 28.11.2026
Oxunuş sayı: 47