Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur. Noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,7 faiz azdır.
15:37 28.11.2026
Oxunuş sayı: 59