Türkiyə Hərbi Dəniz Qüvvələri liviyalı kursantlara təlim keçib
Türkiyə Hərbi Dəniz Qüvvələrinin TCG Turgutreis freqatında Liviya Dəniz Akademiyasının tələbələri üçün praktiki təlim keçirilib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Təlimlər Türkiyə Hərbi Dəniz Qüvvələrinin Dəniz Tapşırıq Qrupu tərkibində xidmət edən freqatda, Homs Birgə Dəniz Təlim Mərkəzinin koordinasiyası ilə təşkil olunub. Təlimi başa vuran tələbələrə sertifikatlar təqdim edilib.
Bundan əlavə, Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyası ərazilərinin delimitasiyasına dair saziş Liviyanın Rəsmi Qəzetində xəritə və coğrafi koordinatlarla birlikdə dərc olunub.
Saziş Liviyanın Nümayəndələr Palatası tərəfindən təsdiqlənib və parlamentin rəsmi qəzetinin 2026-cı il üzrə 17-ci sayında dərc edilən 8 saylı qanunla qüvvəyə minib. Sənəd 2019-cu ildə Türkiyə ilə Liviyanın o zamankı Milli Razılıq Hökuməti arasında imzalanmış Aralıq dənizində dəniz yurisdiksiyası ərazilərinin delimitasiyasına dair anlaşma memorandumunu ratifikasiya edir.
15:25 28.11.2026
Oxunuş sayı: 38