“Fənərbağça” iki əsas futbolçusunu itirə bilər
Türkiyənin “Fənərbağça” klubunda “Ərzurumspor”la qarşılaşma öncəsi iki əsas futbolçu sarı vərəqə limitinə çatmaq təhlükəsi ilə üzləşib.
Crossmedia.az xəbər verir ki, “beIN SPORTS” bu barədə məlumat yayıb.
Türkiyə Superliqasının XIII turunda keçiriləcək qarşılaşma noyabrın 29-da İstanbulun “Chobani” stadionunda baş tutacaq.
“Fənərbağça”nın kapitanı Milan Şkrinyar və müdafiəçisi Nelson Semedo sarı vərəqə cəzası sərhədindədirlər.
Hər iki futbolçu “Ərzurumspor”la matçda sarı vərəqə alacağı təqdirdə növbəti turda “Başakşəhər”lə səfər oyununu buraxacaq.
Bundan başqa, İstanbul təmsilçisi zədəli Marko Asensio və Natan Akenin xidmətindən yararlana bilməyəcək.
Cəzasını başa vuran Arçi Braun isə yenidən komandanın sərəncamındadır.
Qeyd edək ki, Emre Belözoğlunun rəhbərlik etdiyi “Fənərbağça” 20 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
15:51 28.11.2026
Oxunuş sayı: 73