Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 78 min 710 ton duz istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur.
Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.
2025-ci ildə Azərbaycanda 85 min 389 ton duz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5% azdır.
16:35 28.11.2026
Oxunuş sayı: 44