Gəncədə iki avtomobil toqquşub – 3 nəfər yaralanıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet" ilə digər minik avtomobili toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla araşdırma aparılır.(APA)
16:42 28.11.2026
Oxunuş sayı: 41