Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
“Turan Tovuz” Misli Premyer Liqasının XIII turunda “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.
Crossmedia.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada Hayderson Hurtado 72-ci, Joarlem Santos isə 90+1-ci dəqiqədə fərqlənib. “Kəpəz”in yeganə qolunu 84-cü dəqiqədə penaltidən Şakir Seyidov vurub.
Qələbədən sonra xallarını 27-yə çatdıran “Turan Tovuz” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Kəpəz” isə 18 xalla altıncı yerdədir.
Günün digər matçında “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq. XIII tura sabah yekun vurulacaq.
18:36 28.11.2026
Oxunuş sayı: 61