Zelenski Rusiyaya 60 günlük atəşkəs təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsi üçün Rusiya ilə 60 günlük müvəqqəti atəşkəsin elan edilməsini təklif edib. O, həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa hazır olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsinə çağırışından sonra mövzu ilə bağlı açıqlama verən Zelenski ölkədə səsvermənin təşkili üçün atəşkəsin vacibliyini vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Rusiya ilə 60 günlük atəşkəs razılaşdırılarsa, ölkədə seçkilər keçirilə bilər.
Zelenski, həmçinin Moskvanın Ukraynanın enerji infrastrukturunu hədəf almaqdan imtina edəcəyi halda, Kiyevin Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduğunu qeyd edib.
18:28 11.10.2026
Oxunuş sayı: 59