Ozon anbarlarına hücumlar: satıcıların zərəri 107 milyard rubla çata bilər
Rusiyada Ozon anbarlarına endirilən zərbələr nəticəsində platformada fəaliyyət göstərən satıcıların zərərinin 88,5-107 milyard rubl təşkil edə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Data Insight analitikləri bu barədə “Radio RBK”ya məlumat verib. Analitiklərin hesablamalarına görə, zərərin əsas hissəsi anbarlarda saxlanılan və hücumlar nəticəsində zədələnən və ya məhv olan məhsullarla bağlıdır.
Ozon şirkətinin özünün anbar və digər obyektlərin bərpasına çəkəcəyi xərclərin də on milyardlarla rubl təşkil edə biləcəyi qiymətləndirilir.
15:38 26.08.2026
Oxunuş sayı: 52