Tramp: Rusiya və Ukrayna RAZILAŞDI
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında “energetika atəşkəsi”nin dərhal qüvvəyə mindiyini və hər iki tərəfin buna razılıq verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında tərəflərə müraciət edərək, “Pozmayın!” xəbərdarlığını edib.
Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcə Trampın açıqlamasının onun üçün xəbər olduğunu bildirib. Daha sonra isə Ukraynanın belə bir atəşkəsi dəstəklədiyini və Rusiyanın da eyni addımı atmasını gözlədiyini qeyd edib.
Zelenski ABŞ tərəfindən razılaşmanın təfərrüatlarının təqdim olunmasını gözlədiklərini vurğulayıb. Moskva isə hələlik atəşkəslə bağlı rəsmi təsdiq verməyib.
Trampın açıqlaması Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının dayandırılması ilə bağlı müzakirələrin və dizel yanacağının qiymətindəki artım fonunda səsləndirilib.
06:30 12.10.2026
Oxunuş sayı: 57