Hörmüz boğazında tankerdə yanğın baş verib
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Hörmüz Boğazının çıxışında hər hansı mənşəyi müəyyən edilməyən sursatla vurulan tankerdə yanğın baş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, UKMTO-nun məlumatına görə, oktyabrın 11-də Hörmüz Boğazında bir gəminin hücuma məruz qalması barədə məlumat daxil olub.
Bildirilib ki, zərbə nəticəsində gəminin sol tərəfi zədələnib və yanğın başlayıb.
Məlumata əsasən, gəminin heyəti təhlükəsiz vəziyyətdədir. Hadisə zamanı ətraf mühitə hər hansı təsir qeydə alınmayıb.
07:20 12.10.2026
Oxunuş sayı: 51