Daha 10 rusiyalı hərbçi Ukrayna əsirliyindən azad ediləcək
Daha 10 rusiyalı hərbçinin bu gün Ukraynadakı əsirlikdən geri qaytarılacağı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova bildirib.
Lantratovanın sözlərinə görə, Ukrayna tərəfi ilə aparılan əsir mübadiləsi çərçivəsində 10 rusiyalı hərbçi bu gün evlərinə qayıdacaq.
Bununla yanaşı, 10 ukraynalı hərbçinin də bu gün Ukraynaya qaytarılacağı bildirilib.
14:19 26.08.2026
Oxunuş sayı: 49