"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb
"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.
Crossemedia Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, yubiley Misli Premyer Liqasının VII turuna təsadüf edib.
Gəncə təmsilçisi səfərdə "Araz-Naxçıvan"ın qapısından 2 cavabsız top keçirib.
Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn "Kəpəz" neytral meydanlarda 4 dəfə sevinib.
İlk qələbəsini 1992-ci il mayın 3-də "Turan"la ev matçında əldə edən (2:1) Gəncə təmsilçisi 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır.
12:24 12.10.2026
Oxunuş sayı: 46