Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunması, nizam-intizamın gücləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az xəbər verir ki, bu fikirlər müəllimlərin sosial şəbəkələrdə vahid məktəbli forması ilə bağlı paylaşımlarında əksini tapıb.
Müəllim Bəşir Qasımov vahid məktəbli formasını birlik və nizam-intizamın təcəssümü kimi qiymətləndirib. O bildirib ki, vahid geyim şagirdlər arasında bərabərliyi, məktəbə bağlılığı və məsuliyyət hissini gücləndirir.
13:05 12.10.2026
Oxunuş sayı: 58