Putin və Əş-Şara arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Əhməd Əş-Şara ilə telefonla danışıb. Liderlər iki ölkə arasında əməkdaşlığın perspektivlərini və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Kremlin mətbuat xidməti bu barədə məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Rusiya-Suriya əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Kremlin məlumatına görə, Suriyadakı vəziyyət müzakirə edilərkən Vladimir Putin Rusiyanın Suriyanın birliyi, ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.
14:26 26.08.2026
Oxunuş sayı: 48