Polşada gecə alkoqol satışına qadağa qoyulub
Polşa parlamenti gecə saatlarında alkoqol satışını, həmçinin bütün alkoqollu içkilərin reklamını və təşviqini qadağan edən qanun layihəsini qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın ictimai yayımçısı “TVP” məlumat yayıb.
Qanun layihəsinə əsasən, bar və restoranlar kimi müəssisələr üçün nəzərdə tutulan istisnalar xaricində, ölkə üzrə saat 22:00-dan 06:00-dək alkoqol satışına qadağa qoyulacaq.
Parlamentin aşağı palatası olan Seymdə keçirilən səsvermədə layihəni 400 deputat dəstəkləyib, 29 deputat əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.
Rəsmilərin bildirdiyinə görə, məhdudiyyətlərin məqsədi ictimai təhlükəsizliyi artırmaq, gecə saatlarında səs-küyü azaltmaq və asayiş problemlərinin qarşısını almaqdır.
17:34 10.10.2026
Oxunuş sayı: 61