Ərdoğandan müəllimlərə ŞAD XƏBƏR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı il Akademiyaya Qəbul İmtahanının nəticələrinə əsasən 15 min müəllimin işə qəbul ediləcəyini açıqlayıb. Müəllimlərin qəbulu ilə bağlı elan və ixtisaslar üzrə bölgü bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bu barədə 24 Noyabr – Müəllimlər Günü münasibətilə təşkil olunan “Müəllimlərə Hörmət Gecəsi” proqramında çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, 2027-ci ildə də AGS nəticələrinə əsasən daha 15 min müəllim namizədinin Türkiyə Milli Təhsil Akademiyasında təlimə başlaması nəzərdə tutulur.
Beləliklə, 2026 və 2027-ci illər üzrə ümumilikdə 30 min müəllim namizədinin təyinatı planlaşdırılır.
Ərdoğan çıxışında müəllimlərin ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin artırıldığını, müəllimlərin sosial və maliyyə hüquqlarının yaxşılaşdırılması istiqamətində addımlar atıldığını qeyd edib.
Prezident bildirib ki, hazırda Türkiyənin məktəblərində çalışan 1 milyon 39 min müəllimin 80 faizi onun hakimiyyəti dövründə təyin olunub.
22:00 24.11.2026
Oxunuş sayı: 26