Ceyhun Bayramov: Gürcüstanla strateji tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə olunub
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvilini qəbul etməkdən məmnunluq duydum.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "X"də yazıb.
"Görüşümüzdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının hərtərəfli gündəliyi, həmçinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, logistika və yaşıl enerji sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.
Ölkələrimiz arasında mövcud olan tarixi dostluq, mehriban qonşuluq münasibətləri və qarşılıqlı etimadın əhəmiyyəti, eləcə də davamlı yüksək səviyyəli dialoqun və institusional əməkdaşlığın strateji tərəfdaşlığımızın möhkəmləndirilməsinə verdiyi töhfə vurğulandı", - o bildirib.
C. Bayramov qeyd edib ki, Cənubi Qafqazda baş verən proseslər, regional sülh və sabitliyin təşviqi istiqamətində səylər, həmçinin regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı: "Strateji tərəfdaşlığın daha da gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq qətiyyətimiz bir daha təsdiqləndi".
Pleased to welcome Vice Prime Minister and Minister for Foreign Affairs of Georgia Maka Botchorishvili @AzerbaijanMFA. Our talks focused on the comprehensive agenda of Azerbaijan-Georgia strategic partnership and prospects for advancing cooperation in political, economic, trade, energy, transport, logistics and green energy sectors. Underlined the importance of the historical friendship, good-neighborly relations and mutual trust between our countries, as well as the contribution of sustained high-level dialogue and institutional cooperation to strengthening our strategic partnership. Exchanged views on developments in the South Caucasus, efforts to promote regional peace and stability, and opportunities to enhance regional economic cooperation and transit connectivity. Reaffirmed our shared determination to further strengthen the strategic partnership and advance cooperation in areas of mutual interest. 🇦🇿-🇬🇪
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) November 24, 2026
19:41 24.11.2026
Oxunuş sayı: 32