Səudiyyə Ərəbistanının paytaxtında maliyyə mərkəzinə hücum edilib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Abdullah Maliyyə Mərkəzinin göydələnlərindən biri hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 19-da baş verən hücumun Yəməndə fəaliyyət göstərən husilər tərəfindən həyata keçirildiyi qeyd olunub.
Hücum nəticəsində göydələnin bir neçə mərtəbəsinə və ətrafdakı binalara maddi ziyan dəyib.
Rəsmi məlumata əsasən, hadisə zamanı ölən və yaralanan olmayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası da bölgədə husilərin hücumlarının qarşısının alınması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.
Qeyd edək ki, son günlər husilər Səudiyyə Ərəbistanının müxtəlif ərazilərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçiriblər.
17:40 24.11.2026
Oxunuş sayı: 37