Qəbələdə 17,5 milyon kubmetrlik su anbarı tikilir
Qəbələ rayonunda 17,5 milyon kubmetr su tutumuna malik Yengicə su anbarının tikintisi həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, layihə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”ya uyğun olaraq icra edilir.
Yeni su anbarı rayon ərazisində 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin suvarma imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Layihənin həyata keçirilməsi bölgədə su ehtiyatlarından daha səmərəli istifadəyə, kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasına və suvarma infrastrukturunun inkişafına şərait yaradacaq.
Yengicə su anbarının əsas texniki göstəriciləri və bölgəyə qazandıracağı yeni imkanlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təqdimatında əks olunub.
15:22 24.11.2026
Oxunuş sayı: 43