Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalanıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Razılaşmaya əsasən, azərbaycanlı mütəxəssislər üçün təlimlərin təşkili, arxiv işi və tarixi sənədlərin tədqiqi, mühafizəsi və rəqəmsallaşdırılması sahələrində təcrübə mübadiləsi nəzərdə tutulur. Həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Anar Ələkbərov bildirib ki, azərbaycanlı gənc mütəxəssislərin Vatikanın mədəni irs və arxiv elmləri, kitab və əlyazmaların kataloqlaşdırılması üzrə proqramlarında iştirakı da təşviq ediləcək.
13:40 24.11.2026
Oxunuş sayı: 41