Sumqayıt Sənaye Parkına 18 milyon manatlıq yeni investisiya
Sumqayıt Sənaye Parkında ildə 1,59 milyon kvadratmetr vərəqə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketi (İGU) halına salınması nəzərdə tutulur.
Bu barədə Crossmedia.az-a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata əsasən, "Azerfloat Processing" MMC-yə Agentliyinin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.
Layihənin investisiya dəyəri 18 milyon manatdır.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyə qədər rezidentlər Parka 5,6 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox iş yeri yaradıb.
12:52 24.11.2026
Oxunuş sayı: 39