Kuşner: Ukrayna danışıqlarının məqsədi Rusiya ilə Avropa münasibətlərini yenidən qurmaqdır
Ukrayna üzrə danışıqların əsas məqsədi yalnız müharibəni dayandırmaq deyil, həm də Rusiya ilə Avropa ölkələri arasında münasibətləri yenidən formalaşdırmaqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Küşner deyib.
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner hesab edir ki, Rusiya ilə Avropa dövlətləri arasında elə münasibətlər qurulmalıdır ki, tərəflər dinc yanaşı yaşaya və bir-biri ilə iqtisadi əməkdaşlıq edə bilsinlər.
Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətində də müharibə başa çatdıqdan və etibarlı təhlükəsizlik təminatları əldə olunduqdan sonra ölkənin iqtisadi inkişafına və bərpasına diqqət yetirməyin vacibliyini vurğuladığını bildirib.
Kuşnerin sözlərinə görə, tərəflərin ictimaiyyət qarşısında irəli sürdüyü maksimalist tələblər real danışıqlar mövqelərini və mümkün razılaşmanın nəticələrini tam əks etdirmir. O hesab edir ki, açıq bəyanatlarla danışıqlar masasında müzakirə olunan məsələlər arasında fərq var.
12:39 24.11.2026
Oxunuş sayı: 25