Miloyko Spayiç: Azərbaycanın sərmayələri Monteneqro iqtisadiyyatına müsbət təsir göstərib
Monteneqronun Baş naziri Miloyko Spayiç Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını vurğulayaraq, bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bunu Baş nazir noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edilib.
Miloyko Spayiç qarşılıqlı turist axınına toxunaraq bildirib ki, çoxsaylı azərbaycanlı turistlər Monteneqroda, Monteneqro turistləri isə Azərbaycanda özlərini rahat hiss edirlər.
11:55 24.11.2026
Oxunuş sayı: 30