Sumqayıtda evdən 5400 manatlıq oğurluq edən şəxs saxlanılıb
Sumqayıtda evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Hadisə noyabrın 21-də gecə saatlarında Sumqayıt şəhərində qeydə alınıb.
Naməlum şəxs yaşayış evlərinin birindən 400 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ümumilikdə 5400 manatlıq maddi ziyan dəyib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Həsənzadə müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin üzərindən psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
17:14 24.11.2026
Oxunuş sayı: 41