"Zəngəzur" UEFA Regionlar Kubokunda "İstanbul"a da uduzub
Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ikinci matçını keçirib.
Crossmedia.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda II turda Türkiyənin "İstanbul" kollektivi ilə üz-üzə gəlib.
Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Zəngəzur" I turda Polşanın "Dolnoşlyonski" komandasına 0:12 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi qrupda sonuncu matçını noyabrın 27-də Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.
18:02 24.11.2026
Oxunuş sayı: 39