Əkizlərdə Dolunay: 12 bürcü nə gözləyir?
Noyabrın 24-də Əkizlər bürcünün 2-ci dərəcəsində Dolunay hadisəsi baş
verəcək. Astroloji yanaşmaya görə, Dolunay dövrü emosiyaların güclənməsi,
yarımçıq qalan məsələlərin aydınlaşması, münasibətlərdə dönüş nöqtələrinin
yaranması və mühüm qərarların verilməsi ilə əlaqələndirilir. Bu dəfə Dolunayın
Əkizlər bürcündə baş verməsi ünsiyyət, informasiya mübadiləsi, yaxın
münasibətlər, səfərlər və qərarvermə proseslərini ön plana çıxarır.
Astroloqların şərhinə əsasən, bu səma hadisəsi 12 bürcün hər birinə fərqli
istiqamətlərdə təsir göstərə bilər. Bəzi bürclər üçün maliyyə və karyera
məsələlərində yeniliklər, digərləri üçün sevgi münasibətləri, ailə həyatı və
şəxsi qərarlarla bağlı dəyişikliklər gündəmə gələ bilər. Xüsusilə Əkizlər
bürcündə baş verən Dolunayın şəxsi həyat, münasibətlər və gələcək planlarla
bağlı müəyyən məsələlərin üzə çıxmasına şərait yaradacağı ehtimal edilir.
Bəs noyabrın 24-də baş verəcək Dolunay 12 bürc üçün hansı yeniliklər vəd
edir?
Astroloq Sabirə Cəfər Crossmedia.az-a açıqlamasında bildirib ki, 24 noyabr
saat 18:54 də Əkizlər bürcünün 2 dərəcəsində dolunay meydana gəlir:
“Dolunayın bürclərə təsiri aşağıdakı kimidir:
Qoç: Yaxın çevrəniz, bacı-qardaşlar,
ünsiyyət və səfərlərlə bağlı gözlənilməz xəbərlər ala bilərsiniz. Yeni qərarlar
gündəmə gələcək.
Buğa: Gəlirlər, şəxsi büdcə və maddi məsələlərdə gözlənilməz dəyişikliklər
mümkündür. Yeni qazanc imkanları yarana bilər.
Əkizlər: Dolunay birbaşa sizin bürcünüzdə baş verir. Həyatınızda, şəxsi
qərarlarınızda və münasibətlərinizdə qəfil dəyişikliklər yaşana bilər.
Xərçəng: Gizli qalan məsələlər üzə
çıxa, daxili narahatlıqlarınız arta bilər. Keçmişlə vidalaşmaq və mənəvi
azadlaşmaq ehtiyacı hiss edə bilərsiniz.
Şir: Dostluqlar, sosial çevrəniz və gələcək planlarınızla bağlı gözlənilməz
dəyişikliklər mümkündür. Bəzi insanlarla münasibətinizə yenidən baxa
bilərsiniz.
Qız: Karyera, iş həyatı və ictimai
mövqeyinizlə bağlı qəfil xəbərlər və istiqamət dəyişiklikləri gündəmə gələ
bilər.
Tərəzi: Xarici ölkələr, səyahətlər,
təhsil və hüquqi məsələlərdə gözlənilməz inkişaflar yaşana bilər.
Dünyagörüşünüzü dəyişəcək xəbərlər ala bilərsiniz.
Əqrəb: Kreditlər, borclar, ortaq maliyyə və partnyorun gəlirləri ilə bağlı
məsələlərdə gözlənilməz aydınlaşmalar mümkündür.
Oxatan: Evlilik, sevgi münasibətləri və iş ortaqlıqları ön plana çıxır.
Münasibətlərdə qəfil qərarlar və gözlənilməz dönüşlər ola bilər.
Oğlaq: İş rejiminiz, gündəlik məsuliyyətləriniz və sağlamlığınızla bağlı
dəyişikliklər gündəmə gələ bilər. İş şəraitinizdə yeniliklər mümkündür.
Dolça: Sevgi, romantika, övladlar və
yaradıcılıq sahəsində gözlənilməz hadisələr yaşana bilər. Yeni tanışlıq və
fərqli emosional təcrübələr mümkündür.
Balıqlar: Ailə, ev, yaşayış yeri və daşınmaz əmlak məsələləri gündəmə
gələcək. Köç, ev dəyişikliyi və ailədaxili gözlənilməz qərarlar mümkündür”.
Məhəbbət Tərlanoğlu
18:24 24.11.2026
Oxunuş sayı: 36