Azərbaycan Mətbuat Şurası haqqında tanıtım videosu hazırlanıb
Azərbaycan Mətbuat Şurasının fəaliyyəti, yaranma tarixi və media sahəsindəki rolu ilə bağlı tanıtım videosu hazırlanıb.
Crossmedia.az xəbər verir ki, video Qurbanzadə Fatimə, İslamzadə Riyad və Məmmədova Nigar tərəfindən ərsəyə gətirilib.
Videoda müəlliflər Azərbaycan Mətbuat Şurasının inzibati binasında olub, qurumun fəaliyyəti, media sahəsindəki rolu və nəşrləri ilə tanış olublar. Həmçinin Şuranın əməkdaşları ilə görüş və fikir mübadiləsi görüntüləri də təqdim edilib.
Hazırlanan video vasitəsilə izləyicilərə Mətbuat Şurasının fəaliyyəti və Azərbaycan mediasında fəaliyyət tutduğu yer barədə məlumat çatdırılması hədəflənib.
Dəniz Pənahova
23:09 24.11.2026
Oxunuş sayı: 41