Dursun Özbek: Netanyahu hökuməti klubumuzu UEFA-ya şikayət edib
Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin azarkeşlərin Fələstin xalqına dəstək məqsədilə açdıqları pankartlara görə klubu UEFA-ya şikayət etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Klub prezidenti bildirib ki, Türkiyə xalqı tarix boyu olduğu kimi, bu gün də məzlumların yanında dayanmağa və Fələstin xalqının yaşadığı ağrılara səssiz qalmamağa davam edəcək.
Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində Fələstin xalqına qarşı baş verənlərə etiraz edən insanların ortaq mövqeyi siyasi deyil, insani və vicdani yanaşmadır.
Dursun Özbek UEFA-nın da məsələyə bu baxışla yanaşacağına və siyasi motivlərlə edildiyini bildirdiyi şikayətə əhəmiyyət verməyəcəyinə ümid etdiyini vurğulayıb.
O qeyd edib ki, futbolu siyasətdən uzaq tutmağın yolu insani və vicdani mövqeləri cəzalandırmaq deyil, futbolun siyasi təzyiqlərə alət edilməsinin qarşısını almaqdır.
23:02 24.11.2026
Oxunuş sayı: 21