Pezeşkian Xameneinin məzarı önündə göz yaşlarını saxlaya bilməyib
İran Prezidenti Məsud Pezeşkian Məşhəd şəhərində mərhum ali dini lider Əli Xameneinin məzarını ziyarət edib. Ziyarət zamanı prezidentin emosional anlar yaşadığı və göz yaşlarını saxlaya bilmədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkian noyabrın 24-də Rəzəvi Xorasan vilayətinə səfəri çərçivəsində Məşhəd şəhərində yerləşən İmam Rza ziyarətgahına baş çəkib.
İran prezidenti burada Əli Xameneinin məzarı önündə dua edərək ona ehtiramını bildirib. O, həmçinin İranın keçmiş prezidenti İbrahim Rəisinin və noyabrın 17-də vəfat edən böyük ayətullah Hüseyn Vahid Xorasaniinin məzarlarını ziyarət edib.
Ziyarət zamanı çəkilən görüntülərdə Pezeşkianın Xameneinin məzarı önündə diz çökərək başını aşağı əydiyi və emosional vəziyyətdə olduğu görünür.
Qeyd edək ki, Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günü öldürülüb. O, 1989-cu ildən İranın ali dini lideri vəzifəsini tuturdu.
22:20 24.11.2026
Oxunuş sayı: 31