İsraildəki anti-faşistlər seçkilərin nəticəsini tənqid edib
İsraildə anti-faşist hərəkat Peruda Hitler Mussolini Simeon Flores adlı namizədin regional seçkilərdə qalib gəlməsini tarixi məlumatsızlıq nümunəsi kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bunu İsrail anti-faşist hərəkatının lideri Dmitri Trapirov bildirib.
Xatırladaq ki, Perunun Keropalqa şəhərinin meri vəzifəsinə solçu “Ahora Nación” partiyasından namizəd olan Hitler Mussolini Simeon Flores seçilib. Namizədin sözlərinə görə, bu, valideynlərinin ona doğulanda verdiyi əsl adıdır.
Trapirov bildirib ki, insanın adının özü onun nasizmə bağlılığını sübut etmir. Bununla belə, belə hallar cəmiyyətlərdə tarixi təhsilin vəziyyəti və nasist, eləcə də faşist ideologiyalarının faciəvi nəticələrinin nə dərəcədə dərk olunması barədə düşünməyə əsas verir.
Onun sözlərinə görə, bu məsələ İsrail vətəndaşları üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Nasist cinayətlərində iştirak etmiş şəxslərin və təşkilatların qəhrəmanlaşdırılması ölkədən, milliyyətdən və siyasi şəraitdən asılı olmayaraq yolverilməzdir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, siyasətçi ona verilən ada görə məsuliyyət daşımır. Bununla yanaşı, Zaxarova hesab edir ki, belə hallar cəmiyyətin şüurunda bu cür adların yenidən müəyyən dərəcədə qəbul olunmasına şərait yarada bilər.
17:54 10.10.2026
Oxunuş sayı: 80