Rusiya və ABŞ-nin dizel razılaşması Kiyevdə narahatlıq yaradıb
Rusiya və ABŞ arasında Rusiya dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşma Kiyevdə ciddi narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bu barədə “Facebook” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Stefançuk ABŞ-nin Rusiya dizel yanacağı ilə bağlı əməliyyatlara icazə verməsinin ciddi narahatlıq doğurduğunu bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ABŞ ilə əldə olunan razılaşmanı şərh edərək bu addımın qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini vurğulayıb.
18:26 10.10.2026
Oxunuş sayı: 74