İranın Rusiyadakı səfiri iki ölkənin strateji hədəflərini açıqlayıb
İran və Rusiya prezidentləri arasında davam edən məsləhətləşmələr iki ölkənin strateji tərəfdaşlığı sürətləndirmək və praktiki əməkdaşlığı dərinləşdirmək niyyətini nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali bu barədə sosial şəbəkədə paylaşım edib.
Diplomat bildirib ki, İran və Rusiya yeni dövrdə “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” çərçivəsində əməkdaşlığı genişləndirməyə hazır olan müstəqil və məsuliyyətli dövlətlərdir.
Cəlalinin sözlərinə görə, iki ölkənin birgə fəaliyyəti birtərəfli addımlara qarşı dayanmağa, çoxqütblü və ədalətli dünya nizamının formalaşmasına töhfə verməyə yönəlib.
17:17 10.10.2026
Oxunuş sayı: 53