Ukraynada köhnə sovet raketlərinin yaratdığı risk açıqlanıb
Ukrayna köhnə sovet raketlərinin buraxılış zamanı nasaz işləməsi nəticəsində bir neçə təyyarə itirib. Bu barədə “Verniysya jivım” fondunun rəhbəri Taras Çmut məlumat verib.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” nəşrinin “Telegram” kanalında onun açıqlaması dərc olunub.
Çmutun sözlərinə görə, silah çatışmazlığı səbəbindən Ukrayna reaktiv dronlarla mübarizədə R-73 raketləri ilə yanaşı, 1960-cı illərdə hazırlanmış daha köhnə R-60 raketlərindən də istifadə edir.
O bildirib ki, R-60 sovet dövrünə aid köhnə raketdir və buraxılış anında partlaya bilər. Çmut belə halların artıq baş verdiyini vurğulayıb.
Fond rəhbərinin sözlərinə görə, hər buraxılış nasazlıq riski daşısa da, hazırda bu raketlərin istifadəsini əvəz edəcək alternativ yoxdur.
Xatırladaq ki, oktyabr ayında Ukrayna Silahlı Qüvvələrinin Zaporojye İstilik Elektrik Stansiyasının ərazisini atəşə tutduğu barədə məlumat yayılmışdı. Bu barədə Enerqodar şəhərinin meri Maksim Puxov açıqlama vermişdi.
19:08 10.10.2026
Oxunuş sayı: 50