Zelenskinin keçmiş mətbuat katibi Ukraynanı “1984” romanı ilə müqayisə edib
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel ölkədəki mövcud vəziyyəti britaniyalı yazıçı Corc Oruellin “1984” antiutopik romanı ilə müqayisə edib.
Crossmedia.az xəbər verir ki, Mendel bu barədə Teleqram kanalında paylaşım edib.
O bildirib ki, Zelenski ukraynalılar üçün yalnız bir həyat modeli – hər kəsin itaət etdiyi və yalnız öz sağ qalmasını düşündüyü cəmiyyət formalaşdırmağa çalışır.
Mendelin fikrincə, Ukrayna lideri vətəndaşların könüllü şəkildə cəbhəyə getməsini istəyir, eyni zamanda onun yaxın ətrafı sərvət toplamaqla məşğuldur. O, jurnalistləri də korrupsiya faktlarını susdurmaqda və hakimiyyəti tərifləməkdə ittiham edib.
Keçmiş mətbuat katibi daha əvvəl də Zelenskini Rusiya ilə münaqişənin davam etməsindən ən çox faydalanan şəxs adlandırmışdı. Onun iddiasına görə, Ukrayna prezidenti şəxsi maraqları səbəbindən münaqişənin nizamlanmasına dair bir sıra razılaşmalardan imtina edib.
Mendel həmçinin Zelenskinin hakimiyyəti dövründə Ukraynada siyasi dəyişikliklərin mümkün olmadığını, idarəetmə sisteminin korrupsiya və avtoritarizmin qorunmasında maraqlı olduğunu iddia edib.
Qeyd edək ki, Yuliya Mendel 2019–2021-ci illərdə Volodimir Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb.
23:24 24.11.2026
Oxunuş sayı: 38