“Qalatasaray” Aston Villa-nı tək qolla üstələyib
Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İngiltərənin “Aston Villa” komandasını məğlub edib.
Crossmedia.az xəbər verir ki, İstanbulun RAMS Park stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk hissəsində komandalar fərqlənə bilməyib. Qarşılaşmanın 23-cü dəqiqəsində “Aston Villa”nın futbolçusu Manzambi əlverişli qol imkanı əldə etsə də, “Qalatasaray”ın qapıçısı Uğurcan Çakır təhlükənin qarşısını alıb.
İkinci hissədə də mübarizə davam edib. Oyunun 77-ci dəqiqəsində Gabriel Sara tərəfindən yerinə yetirilən künc zərbəsindən sonra Deniz Gül başla zərbə endirib. Müdafiəçiyə dəyərək istiqamətini dəyişən top qapıdan keçib və İstanbul təmsilçisinə qələbə qazandırıb.
Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib.
Bu nəticədən sonra “Qalatasaray” Çempionlar Liqasındakı xallarını 9-a yüksəldib. “Aston Villa”nın da aktivində 9 xal var.
Növbəti turda “Qalatasaray” Yunanıstanın AEK klubunun qonağı olacaq. “Aston Villa” isə öz meydanında Fransanın PSJ komandasını qəbul edəcək.
23:50 24.11.2026
Oxunuş sayı: 48