Gürcüstan Rusiyaya qarşı sanksiyalardan kənarda qalmaq qərarını müdafiə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını düzgün addım hesab edib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” agentliyi onun açıqlamasını yayıb.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan rəhbərliyinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarı praqmatik olub və alternativi olmayıb.
Baş nazir bildirib ki, Gürcüstanın vaxtilə bu sanksiyalara qoşulmaması Qərb ölkələrinin ölkəyə qarşı mənfi kampaniyasına səbəb olub.
Kobaxidze bu fikirləri ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Rusiya dizel yanacağının beynəlxalq bazarlara ixracı ilə bağlı əldə olunan razılaşmanı şərh edərkən səsləndirib.
18:33 10.10.2026
Oxunuş sayı: 66