Nobel Sülh mükafatının qalibi bəlli oldu
2026-cı il Nobel Sülh mükafatına beynəlxalq hüququn və sülhün təşviqinə verdiyi töhfələrə görə Navanethem Navi Pillay layiq görülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin rəsmi açıqlamasında bildirilib.
Mükafatın qalibi Norveçin paytaxtı Osloda keçirilən mətbuat konfransında elan olunub.
Açıqlamada qeyd edilib ki, Pillay müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı ilə bağlı işlərin araşdırılması və mühakimə olunması istiqamətində fəaliyyəti ilə beynəlxalq hüququn inkişafına mühüm töhfələr verib.
Onun uzun illər ərzində universal hüquq prinsiplərini müdafiə etdiyi vurğulanıb.
Norveç Nobel Komitəsi Pillayı sülhün təşviqi və beynəlxalq hüququn möhkəmləndirilməsi istiqamətindəki səylərinə görə mükafata layiq gördüyünü açıqlayıb.
17:50 10.10.2026
Oxunuş sayı: 63