CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Nobel Sülh mükafatı

10:34 10.10.2026

Nobel Sülh mükafatı ilə bağlı Fələstindən diqqətçəkən açıqlama

98

Fələstin Xarici İşlər Nazirliyi Cənubi Afrikalı hüquqşünas Navi Pillayın Nobel Sülh mükafatına layiq görülməsini beynəlxalq hüququn və məzlum insanların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətinin tanınması kimi qiymətləndirib. Nazirliyin açıqlamasında bildirilib ki, Pillayın mükafata layiq görülməsi “həqiqətin və məzlumların səsinin yüksəldilməsi” deməkdir. Onun Cənubi Afrikada və dünyanın müxtəlif bölgələrində hüquq və ədalətin müdafiəsinə, o cümlədən fələstinlilərin hüquqlarının qorunmasına verdiyi töhfələr vurğulanıb. Fələstin tərəfi Pillayın 2021–2025-ci illərdə İsrail və İşğal olunmuş Fələstin Əraziləri, o cümlədən Şərqi Qüds üzrə BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına rəhbərliyini xüsusi qeyd edib. Nazirlik komissiyanın Qəzzada soyqırım, seksual zorakılıq, uşaqlara qarşı hücumlar və digər pozuntularla bağlı məlumatların sənədləşdirilməsində rol oynadığını bildirib. Norveç Nobel Komitəsi isə 85 yaşlı Navi Pillaya mükafatı “sülhün və beynəlxalq hüququn təşviqinə yönəlmiş səylərinə görə” verdiyini açıqlayıb. Komitə onun beynəlxalq hüququn əhatə dairəsinin və təsirinin genişləndirilməsində mühüm rol oynadığını bildirib. Pillay daha əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Beynəlxalq Cinayət Məhkəməsinin hakimi və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının sədri vəzifələrində çalışıb. Qeyd edək ki, Pillayın rəhbərlik etdiyi BMT komissiyası 2025-ci ildə İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırım törətdiyi qənaətinə gəlib. İsrail bu nəticəni rədd edib. Nobel Sülh mükafatı dekabrın 10-da Osloda təqdim ediləcək.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR