CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: beynəlxalq hüquq

12:35 31.10.2026

Dialoqdan beynəlxalq məsuliyyətə: Prezident İlham Əliyevin Bakıda verdiyi mesajlar

5642

Azərbaycan Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, münaqişələrin həlli və Azərbaycanın beynəlxalq mövqeyi baxımından mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışında mədəniyyətlərarası dialoq ideyası daha geniş siyasi kontekstdə təqdim olundu. Burada əsas diqqət yalnız müxtəlif mədəniyyətlər və dinlər arasında anlaşmanın təşviqinə deyil, həm də beynəlxalq münasibətlər sistemində ədalətin təmin olunmasına, qəbul edilmiş qərarların icrasına və dövlətlərin suveren hüquqlarına hörmət edilməsinə yönəldi. Oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq dialoq platformalarının formalaşdırılmasında artan rolunu nümayiş etdirməklə yanaşı, müasir dünya siyasətinin əsas problemlərinə münasibəti də ortaya qoydu. 100-dən artıq ölkədən 500-dən çox qonağın qatıldığı, qeydiyyatdan keçmiş iştirakçıların sayının 2000-i ötdüyü forumun əhatə dairəsi bu platformanın beynəlxalq əhəmiyyətini göstərir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan forum ötən 15 il ərzində mədəniyyətlərarası münasibətlərin və qlobal gündəlikdəki aktual məsələlərin müzakirəsi üçün mühüm platformalardan birinə çevrilib. Lakin builki forumun siyasi əhəmiyyəti onun iştirakçı sayından və müzakirə mövzularının müxtəlifliyindən daha genişdir. Çünki dünya yeni münaqişələrin, geosiyasi qarşıdurmaların, dini və etnik zəmində gərginliklərin, beynəlxalq təsisatlara inamın zəifləməsinin şahidi olduğu bir vaxtda dialoq məsələsi təkcə humanitar və mədəni problem kimi deyil, beynəlxalq təhlükəsizliyin əsas şərtlərindən biri kimi çıxış edir.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər