Rusiya G20 sammitinə dəvət aldı Moskvadan cavab
Rusiya ABŞ-da keçiriləcək G20 sammitində iştirak etmək üçün dəvət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən və Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşündən sonra G20 sammitində iştirak imkanını nəzərdən keçirəcək.
Uşakov bildirib ki, Putin müvafiq qərarı qarşıdakı beynəlxalq təmasların nəticələrini nəzərə alaraq verəcək.
Beləliklə, Rusiya prezidentinin ABŞ-də keçiriləcək G20 sammitinə qatılıb-qatılmayacağı hələlik məlum deyil.
20:13 16.11.2026
Oxunuş sayı: 37