Latviyalı baş nazirdən Rusiyaya sərt mesaj
Latviyanın Baş naziri Andris Kulbergs Rusiyanın Avropaya şərt diktə edəcək vəziyyətdə olmadığını və gələcək danışıqlarda şərtləri Avropanın müəyyən etməli olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avropa İttifaqının Rusiyaya qalib gəlmək üçün kifayət qədər imkanlara malik olduğunu, lakin bunun üçün daha qətiyyətli mövqe nümayiş etdirməli olduğunu deyib.
Kulbergsin sözlərinə görə, Avropa iqtisadiyyatının həcminə və hərbi potensialına görə Rusiyadan böyükdür.
“Rusiya şərt irəli sürəcək vəziyyətdə deyil. Biz ərazi, iqtisadiyyat və hərbi potensial baxımından daha böyüyük. Rusiya ərazisi və əhalisinin sayına görə özündən kiçik olan Ukraynanı belə ələ keçirə bilmir. Bəs danışıqlarda Rusiya hansı arqumentləri irəli sürür ki, biz onları qəbul etməliyik? Bağışlayın, təcavüzkar odur. Ukraynanın qələbəsi üçün gözləntilərimizi yüksəltməliyik”, – baş nazir bildirib.
O, həmçinin Avropanı Ukraynanın qələbəsi naminə daha iddialı və qətiyyətli mövqe tutmağa çağırıb.
18:48 16.11.2026
Oxunuş sayı: 48