FIFA-dan "Kayserispor"a ağır cəza
Beynəlxalq Futbol Federasiyası (FIFA) Türkiyənin "Kayserispor" klubunu keçmiş futbolçusu İndrit Tuçi ilə bağlı mübahisəyə görə 30 min dollar cərimələyib. Klubun futbolçuya 105 min avro ödəməsinə də qərar verilib.
Crossmedia.az xəbər verir ki, "Demirören Haber Ajansı" (DHA) bu barədə məlumat yayıb.
FIFA-nın Mübahisələrin Həlli Palatası "Kayserispor"un keçmiş futbolçusu, 26 yaşlı albaniyalı İndrit Tuçinin ödənilməmiş əməkhaqqı ilə bağlı müraciətinə baxıb.
Noyabrın 12-də qəbul edilən qərara əsasən, Türkiyə klubu futbolçuya 105 min avro borcunu, həmçinin müvafiq tarixlərdən hesablanmaqla illik 5 faiz faiz ödəməlidir.
Bundan əlavə, "Kayserispor" 30 min ABŞ dolları məbləğində cərimələnib və kluba rəsmi xəbərdarlıq edilib.
Klubun açıqlamasında bildirilib ki, müəyyən edilmiş müddətdə ödənişlər həyata keçirilməzsə və futbolçu müvafiq tələb irəli sürərsə, "Kayserispor"a ardıcıl üç transfer dövrünədək yeni futbolçuların qeydiyyatına qadağa tətbiq oluna bilər.
Qeyd edək ki, İndrit Tuçi 2025–2026-cı illər mövsümündə "Kayserispor"un heyətində çıxış edib.
18:03 16.11.2026
Oxunuş sayı: 64