Almaniya XİN rəhbərindən Rusiyaya sərt mesaj
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropanın yeni təhlükəsizlik sisteminə ehtiyac duymadığını bildirib və Rusiyanın bu istiqamətdə irəli sürdüyü tələbləri tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Avropanın təhlükəsizlik arxitekturası artıq mövcuddur. Bizə yenisi lazım deyil. Sadəcə, hər kəs mövcud təhlükəsizlik sisteminə hörmət etməlidir", – deyə Vadeful vurğulayıb.
Nazir Rusiya Prezidenti Vladimir Putinin irəli sürdüyü tələblərə də münasibət bildirib.
"Putin Rusiyası getdikcə daha absurd və maksimalist tələblərlə müzakirələri öz istədiyi istiqamətə yönəltməyə nə qədər yüksək səslə çalışsa da, biz bu mövqeyimizdən geri çəkilməyəcəyik", – deyə Almaniya XİN rəhbəri qeyd edib.
Vadefulun sözlərinə görə, Avropada təhlükəsizliyin təmin olunması üçün yeni mexanizmlər yaratmaq əvəzinə, mövcud beynəlxalq razılaşmalara və dövlətlərin suverenliyi prinsiplərinə əməl edilməlidir.
Qeyd edək ki, Almaniya daha əvvəl də Rusiyanın Avropa üçün yeni təhlükəsizlik arxitekturasının yaradılması təklifinə qarşı çıxıb.
16:43 16.11.2026
Oxunuş sayı: 73