Putin Çindən sonra hansı ölkəyə gedəcək? – Səfərin detalları açıqlandı
Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən sonra Tacikistana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Putin Çinə səfərindən sonra Düşənbəyə gedəcək və burada Tacikistan Prezidenti Emoməli Rəhmonla işgüzar görüş keçirəcək.
Uşakov qeyd edib ki, iki ölkə lideri Rusiya-Tacikistan münasibətlərinin müxtəlif istiqamətlərini daha ətraflı müzakirə etməkdə maraqlıdır.
O, həmçinin Rusiya nümayəndə heyətinin Çin lideri Si Cinpinlə danışıqlarda geniş tərkibdə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, Si Cinpinin noyabrın 19-da Şençjendə APEC sammiti çərçivəsində Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.
18:33 16.11.2026
Oxunuş sayı: 49