Makron: Mən hələ də uşağam
Fransa Prezidenti Emmanuel Makron özünü hələ də uşaq kimi hiss etdiyini etiraf edib. Onun xarakterinin formalaşmasında nənəsi və həyat yoldaşı Bricit Makronun mühüm rol oynadığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" nəşri bu barədə məlumat yayıb.
Kitabda qeyd olunur ki, Fransa Prezidenti həyatı boyu üç fərqli təcrid mərhələsindən keçib. Müəllif bunu uşaqlıqda nənəsinin, sonrakı dövrdə həyat yoldaşının təsiri və prezidentlik illəri ilə əlaqələndirir.
Nenin fikrincə, bu amillər Makronun öz səhvlərini qəbul etməkdə çətinlik çəkməsinə səbəb olub.
"Mən hələ də uşağam", – deyə Makron bioqrafiya müəllifi ilə söhbətində bildirib.
Jurnalistin yazdığına görə, Makronun nənəsi Manett nəvəsini özünün "şah əsəri" kimi yetişdirmək istəyib. Bu məqsədlə onu həmyaşıdlarından uzaqlaşdıraraq kitablar və təhsil mühitində böyüdüb.
Nene bildirir ki, Makronun həyatında mühüm rol oynayan digər şəxs həyat yoldaşı Bricit olub.
Kitabda qeyd edilir ki, tanışlıqlarından bir müddət sonra Bricit Makrondan uşaq sahibi olmaq istəyib-istəmədiyini soruşub. Makron isə onun yalnız özünə qayğı göstərməsini istədiyini bildirib.
Bioqrafiya müəllifinin qənaətinə görə, nənəsi və həyat yoldaşının güclü təsiri Makronun dünyagörüşünə, özünəinamına və tənqidə münasibətinə ciddi təsir göstərib.
17:10 16.11.2026
Oxunuş sayı: 73